ABŞ-ın videooyun istehsalçısı “Electronic Arts” (EA) şirkəti Böyük Britaniyanın “Codemasters” şirkətini 1,2 milyard dollara almaqla bağlı razılıq əldə edib.
“Reuters” agentliyi xəbər verir ki, EA hər səhmə görə 6,04 funt sterlinq ödəyəcək.
Sövdələşmə gələn ilin I rübü ərzində reallaşacaq. Bununla bağlı xəbərlər yayıldıqdan sonra Britaniya şirkətin səhmlərinin qiyməti tədavüldə olduğu London Fond birjasında 18,7% artaraq 6,38 funt sterlinqə çatıb.
Xatırladaq ki, “Codemasters”in səhmlərini EA-nın ABŞ-dan olan əsas rəqibi, “Formula 1” video oyununun yaradıcısı“Take-Two Interactive Software” şirkəti də maraq göstərirdi. O, britaniyalılara hər səhm üçün 4,85 funt sterlinq təklif etmişdi.