10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ şirkəti Azərbaycanın bu yatağından qaz hasilatı azaldığını açıqlayıb

2020-ci ilin noyabrında “Bahar” yatağında qaz hasilatı gündə orta hesabla 22,2 milyon kub fut olub ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə gündə təxminən 0,5 milyon kub fut azdır. Bu barədə ABŞ-ın “Greenfields Petroleum” şirkətinə istinadən Trend bunu xəbər verir.

Məlumata əsasən, azalma B167 və B169 quyularındakı təbii azalma ilə əlaqədardır.

Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə “Bahar” yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi.

Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.

Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. “Bahar” qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir.

Son xəbərlər
Digər xəbərlər