ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar YouTube saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.
Xeberler.az məlumat verir k, Pepsi, Walmart və Starbucks şirkətləri də bu kampaniyaya qoşulublar.
Pepsi şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin YouTube-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. Walmart bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. Starbucks də müvəqqəti olaraq YouTube-də reklamlarını dayandırdığını açıqlayıb.
Qeyd edək ki, bir neçə şirkətin YouTube-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət YouTube-nin məxsus olduğu Google şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti Verizon i AT&T, kosmetika və tibb avadanlıqları istehsalçısı Johnson & Johnson, Böyük Britaniyanın Royal Bank of Scotland, HSBC və Lloyds bankları var.
Google şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib. (APA).