10 C
Baku
Friday, December 13, 2024

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, – Kirbi CBS telekanalında deyib.

Bayden bu missiyanı yaşatmağın “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.

“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, – o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər