ABŞ təxminən 20 illik fasilədən sonra ölüm hökmünü bərpa edir. Banker.az xəbər verir ki, bu barədə iyunun 15-i ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Ölkənin baş prokuroru Uilyam Barr, həbsxanalar bürosuna uşaqları öldürməkdə ittiham olunan dörd federal məhbusun edam tarixini təyin etməyi tapşırıb.
“Bu dörd qatil bizim Konstitusiyamıza və qanunlarımıza uyğun olaraq tam ədalətli mühakimə olunub. Bu Dəhşətli cinayətin qurbanları və ölənlərin ailələri qarşısında olan əsas borcumuz verilən hökmü yerinə yetirməkdir”, – Barr söyləyir.
Bildirildiyi kimi, edam xüsusi dərman preparatları vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, ABŞ-da son dəfə ölüm hökmü 2003-cü ildə icra edilib. Daha əvvəllər bu prosedur üç preparat vasitəsilə həyata keçirilirdi, indi isə onları pentobarbital əvəz edir.
Böyük fasiləyə baxmayaraq, ən ağır cəza növü ABŞ-da son illərdə dövlət orqanları səviyyəsində tətbiq olunub.