ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib.
Banker.az Report İ.A-ya istinadən xəbər verir ki, məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.
ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib.
Qanuna əsasən, 3 il fəaliyyət göstərən 5 üzvdən ibarət Bələdiyyə Komitəsini yerli sakinlər seçir. Bələdiyyə sədri isə komitə üzvləri arasından müəyyənləşir.
Qeyd edək ki, T.Selen ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 15 ildir Çatam sakinidir. T.Selein İstanbul Texniki Universitetinin Memarlıq fakültəsinin bitirib.