9 C
Baku
Friday, December 13, 2024

ABŞ Tayvana əlavə hərbi yardım göndərəcək

ABŞ tezliklə Tayvana əlavə hərbi yardım göndərəcək.

Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Ostin bu paketə hansı silahların daxil ediləcəyini açıqlamayıb.

Onun sözlərinə görə, ABŞ Prezidentinə Tayvana əlavə yardım səlahiyyəti Konqres tərəfindən təsdiqlənib.

Pentaqon rəhbəri deyib ki, yardım Vaşinqtonun Tayvan boğazında sülh və sabitliyin qorunması ilə bağlı öhdəliyinin bir hissəsidir.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin 2-3 avqust 2022-ci il tarixlərində adaya səfərindən sonra Tayvan boğazı ətrafında gərginlik ciddi şəkildə artıb.

Bayden keçən il sentyabrın 18-də CBS telekanalına müsahibəsində deyib ki, Çindən “mümkün işğal” olarsa, ABŞ ordusu Tayvanı müdafiə edəcək. Eyni zamanda o, vurğulayıb ki, Vaşinqton adanın müstəqillik əldə etmək cəhdlərini təşviq etmək niyyətində deyil.

Yaxın vaxtlarda ABŞ administrasiyası Tayvana 500 milyon dollarlıq hərbi yardım göndərməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər