27 C
Baku
Saturday, July 27, 2024

ABŞ Tayvana silah tədarükünü davam etdirəcək

ABŞ prezidenti Co Bayden Pekinin etirazlarına baxmayaraq, Vaşinqtonun Tayvana silah tədarükünü davam etdirmək niyyəti barədə Çin prezidenti Si Cinpinə məlumat verib.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bayden prezident Si Cinpinə açıq şəkildə bildirdi ki, biz münaqişə axtarmırıq, biz Tayvan boğazında sülh və sabitlik axtarırıq. Vahid Çin Siyasətimizdə heç bir dəyişiklik yoxdur, biz onu dəstəkləmirik. Tayvan Münasibətləri Aktına uyğun olaraq Tayvanı müdafiə qabiliyyəti ilə təmin etməyə davam edəcəyik”, – deyə Ağ Evin sözçüsü bildirib.

Kirbi qeyd edib ki, silah tədarükünün davam etməsi ABŞ-ın Tayvanı özünümüdafiə imkanları ilə təmin etmək istəyi ilə bağlıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər