ABŞ-ın vitse-prezidenti olan Mike Pence, Türkiyənin Rusiyanın “C-400” hava müdafiə sistemini əldə etdiyindən narahat olduğunu dilə gətirib.
Banker.az xəbər verir ki, bu haqda Rusiya xəbər agentliyi “Interfax” xəbər verir.
“Türkiyə seçim etməlidir – ya dünya tarixində ən müvəffəqiyyətli hərbi ittifaqın əsas tərəfdaşı olaraq qalmaq, ya da dəlil qərarlar qəbul edərək bu tərəfdaşlığın etibarlılığını təhlükə altına atmaq”, – deyə viçe-prezident qeyd edir.
Rusiya və Türkiyə 2017-ci ildə “C-400” tədarükünə dair müqavilə imzalayıblar. Vaşinqton bu müqaviləyə dəfələrlə qarşı çıxaraq, Ankaranı “F-35” silahlarının çatdırılmasını dayandırmaqla təhdid etmişdir.
ABŞ, təyyarələrin yaradılması ilə məşğul olan türk mütəxəssislərinin Rusiya kompleksləri ilə işləyərkən bu texnologiyadan istifadə edə biləcəyindən ehtiyat edir. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dəfələrlə Rusiya ilə bağlanmış müqaviləyə tərəfdaş olduğunu bildirib, ABŞ tərəfindən məhdudiyyətlərin yaradılması halında isə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyə söz verib.