6 C
Baku
Monday, December 16, 2024

ABŞ Ukrayna ərazilərinin ilhaqını tanıyan ölkələrə hərbi və iqtisadi yardımı dayandıracaq

Qərb təcili olaraq Ukraynanın yeni ərazilərinin ilhaqı ilə bağlı cavab tədbirləri hazırlayır.

ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem bununla bağlı qanun layihəsini Senata təqdim ediblər.

Layihədə Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyan ölkələrə veriləcək adekvat cavab tədbirləri əksini tapıb. Həmin dövlətlərlə bütün hərbi və iqtisadi yardımların dayandırılmasını nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də xalqa müraciətində Donetsk, Luqansk, Zaporojye kimi işğal olunmuş ərazilərdə “referendumun” keçiriləcəyini demişdi. Sentyabrın 23-27-də həmin ərazilərdə “səsvermə” təşkil olunub.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər