1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukrayna ilə bağlı təcili danışıqlara başlayıb

ABŞ prezidenti Co Baydenin administrasiyası müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadəyə dair təcili danışıqlara başlayıb.

Bu barədə “The New York Times“ Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, ABŞ Konqresinin Senatının Kiyevə yeni yardım paketini təsdiq edə bilməməsi və vəsaitin tükənməsi fonunda ABŞ “təcili danışıqlara başlayıb”. Nəşrin qeyd etdiyi kimi, Ağ Ev dondurulmuş Rusiya vəsaitlərinin istifadəsinə dəstəyini “sakit şəkildə bildirir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər