ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna taxılının alınmasına 68 milyon dollardan çox vəsait xərcləyəcək.
Trend xəbər verir ki, ümumilikdə, dövlət agentliyi BMT-nin Ümumdünya Ərzaq Proqramı üçün 150 min metrik ton buğda almağı planlaşdırır. Alınan taxılın ərzaq böhranı ilə üzləşən ölkələrə göndərilməsi planlaşdırılır.
İyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT Ukrayna taxılının ixracına dair saziş imzalayıb. İstanbulda keçirilən mərasimdə Antonio Quterres, Rəcəb Tayyib Ərdoğan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov iştirak edib.