6 C
Baku
Saturday, December 14, 2024

ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini elan edəcək

ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini elan edəcək.

Bu barədə “Associated Press” adı açıqlanmayan rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Ukraynaya təxminən 500 milyon dollarlıq sursat və avadanlıq göndərəcək və gələcəkdə bir sıra sursat, radar və digər silahlar almaq üçün 2 milyard dollardan çox pul xərcləyəcək.

Rəsmilər qeyd ediblər ki, göndəriləcək döyüş sursatları hərbi anbarlardan götürüləcək ki, tez bir zamanda döyüş bölgəsinə çatdırılsın.

Mənbələr bildirib ki, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim edilən 2.1 milyard dollarlıq uzunmüddətli yardım çərçivəsində milli qabaqcıl yer-hava raket sistemi və NASAMS üçün raketlər, həmçinin radar və digər silahlar alınacaq.

Hərbi yardım paketinin bu gün elan olunacağı gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər