ABŞ Ukraynaya əlavə 750 milyon dollarlıq hərbi yardım ayıracaq. Məlumata görə, avadanlığın tərkibi ilə bağlı yekun qərar hələ verilməyib. “Prezident Bayden administrasiyasının Ukraynaya daha 750 milyon dollarlıq hərbi göstərməsi gözlənilir”, – mesajda bildirilib.
Bundan əvvəl Pentaqon ABŞ-ın Ukraynanı daha uzun hədəfli silahlarla təmin etmək imkanını açıqlamışdı. Hazırda Kiyevə 800 milyon dollar məbləğində hərbi yardımın sonuncu paketinin çatdırılması demək olar ki, başa çatıb.
Aprelin 7-si ABŞ Senatı ölkəyə hərbi yardımın göstərilməsini sadələşdirməli olan “Ukraynada demokratiyanı qorumaq üçün icarəyə vermək haqqında” qanun layihəsini təsdiqləyib. Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın ilk kredit-icarə proqramıdır.