11 C
Baku
Thursday, May 16, 2024

ABŞ Ukraynaya 400 mln. dollar əlavə hərbi yardım göndərəcək

“Associated Press” agentliyinin verdiyi məlumata görə, ABŞ hakimiyyəti Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardım paketi göndərəcək. Buraya HIMARS və NASAMS sistemləri üçün döyüş sursatı, “Stinger” və “Javelin” raketləri, həmçinin “Hornet” pilotsuz təyyarələri daxildir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bundan əvvəl “CNN” mənbələri ABŞ-dan 400 milyon dollarlıq yardım paketinin təqdim edilməsi barədə məlumat verib. Eyni zamanda bir həftə əvvəl ABŞ hakimiyyəti Ukraynaya 1.3 milyard dollar məbləğində silah ayırıb. Bu məbləğə dörd NASAMS zenit-raket kompleksi, “Phoenix Ghost” və “Switchblade” dronları daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər