Ukraynada səfərdə olan ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin rəsmi Kiyevə 400 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.
Bu açıqlamanı o Ukraynanın prezidenti Vladimir Zelenski ilə görüş zamanı verib.
Bildirib ki, yeni paketə hərbi texniki, eləcə də müxtəlif təyinatlı silah-sursat daxildir.