21 C
Baku
Thursday, April 25, 2024

ABŞ və Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar hazırlayır

Rəsmi Vaşinqton və Avropa İttifaqı ölkələri miqrasiya böhranı ilə əlaqədar Minskə qarşı yeni məhdudiyyətlər hazırlayır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Riqada, NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, miqrant böhranı fonunda Şimali Atlantika Alyansı Belarusla əməkdaşlığı dayandırıb:

“ABŞ və Avropa İttifaqı digər tərəfdaş və müttəfiq ölkələrlə sıx koordinasiyada əlavə sanksiyalar hazırlayır. Biz rejimi miqrantlardan siyasi silah kimi istifadə etməyi dərhal dayandırmağa çağırırıq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər