BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp ilə ölkələr arasında strateji əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Bu barədə BƏƏ-nin WAM dövlət agentliyi məlumat yayıb.
ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı Fars körfəzi ölkələrində yerləşən Amerika hərbi bazaları dəfələrlə hücumlara məruz qalıb. BƏƏ hakimiyyəti bunun nəticəsində pilotsuz uçuş aparatları və raketlərin ələ keçirildiyini dəfələrlə bildirib.
Aprel ayında “Wall Street Journal” yazmışdı ki, BƏƏ İranla müharibənin yaratdığı böhranın dərinləşəcəyi halda ABŞ-dən maliyyə dəstəyi istəyib. Əbu-Dabi həmçinin Vaşinqton maliyyə yardımı göstərməkdən imtina edərsə, neft hesablaşmalarında dollardan imtina edəcəyi barədə bildirib.







