23 C
Baku
Tuesday, May 21, 2024

ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı Vaşinqton bəyannaməsini imzalayacaq

ABŞ və Koreya Respublikası (Cənubi Koreya) Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) nüvə proqramlarının qarşısını almaq üçün Vaşinqton bəyannaməsini imzalayacaq.

Bu barədə məlumat Cənubi Koreya Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunub ki, imzalanacaq sənəddə yeni mexanizmin – ABŞ və Cənubi Koreya arasında genişləndirilmiş denuklearizasiya İşçi qrupunun yaradılması yer alacaq.

Həmçinin bildirilib ki, Vaşinqton və Seul Şimali Koreyanı nüvə və raket proqramlarından çəkindirmək üçün xeyli səy göstəriblər, çünki bu proqramlar, region, xüsusən də Cənubi Koreya üçün real problemlər yaradır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər