18 C
Baku
Thursday, April 25, 2024

ABŞ və Çin arasında gedən ticarət danışıqlarını ləngidən nədir?

İlkin razılaşmaların olmasına baxmayaraq, əslində tərəflər bir sıra məqamlarda bir-birinə güzəştə getməyə hazır deyillər.

Ümumi razılığa gəlməyə çalışan ABŞ və Çin arasında gedən ticarət danışıqlarında yemə durğunluq müşahidə olunur.

ABŞ ticarət tariflərini azaltmaq müqabilində, Çindən texnologiyanın məcburi ötürülməsi təcrübəsinin dayandırılmasını tələb edir. Pekin belə güzəştə getməyə hazır deyil.

Bundan əlavə, Çin və ABŞ arasında kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı mübahisələr gedir. Belə ki, Çin ABŞ-ın idxal etdiyi kənd təsərrüfatı məhsulları üçün müəyyən etdiyi qiymətlə razılaşmır. Söhbət ilk növbədə donuz əti və soyadan gedir.

WSJ-in verdiyi məlumata görə, bu razılaşma daha çox Vaşinqton üçün daha sərfəlidir. Ağ Evin iqtisadi məsələlər üzrə eksperti tərəflər arasındakı danışıqlarda maliyyə xidmətləri, valyutanın sabitliyi, xammal və kənd təsərrüfatı məsələləri üzrə proqres olduğunu söyləyib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp administrasiyası dəyəri 500 milyard dollar olan mallara ticarət tariflərini tətbiq edib. Vaşinqton Çinə güzəştə getməyə razılaşsa da, ticarət tariflərini tam olaraq aradan qaldırmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər