19 C
Baku
Sunday, May 5, 2024

ABŞ və Çin ticarət gərginliyini azaltmaq barədə razılığa gəliblər

ABŞ-ın ticarət naziri Cina Raymondo çinli həmkarı Vanq Ventao ilə danışıqlardan sonra bildirib ki, ABŞ və Çin hakimiyyəti iqtisadi və kommersiya mövzularında yeni kommunikasiya kanalları yaratmaq barədə razılığa gəliblər. Çin Ticarət Nazirliyi bu məlumatı təsdiqləyib və Pekinin xarici iqtisadi fəaliyyət məsələlərində Vaşinqtonla gərginliyi azaltmaqda qərarlı olduğunu vurğulayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Cina Raymondo izah edib ki, ABŞ heç bir məsələdə Çinə güzəştə getmək niyyətində deyil, lakin ÇXR rəhbərliyi ilə konstruktiv dialoqa hazırdır. “Mən aydınlıq gətirmək istəyirəm ki, biz milli təhlükəsizlik məsələlərində güzəştə getmirik və ya danışıqlar aparmırıq. Nöqtə. Ancaq bu, şəffaflığı artırdığımız və nə etdiyimiz bizə aydın olan bir dialoq olmalıdır”, – Amerika rəsmisi deyib.

Çin naziri Vanq Ventao qeyd edib ki, o və amerikalı həmkarı “bu sahədə dövlətlər arasında açıq və məhsuldar dialoqun” vacibliyini qəbul edir və yeni qurumlararası kommunikasiya kanallarının yaradılmasının tərəfdarıdır.

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ-Çin ilk idarələrarası ticarət məsləhətləşmələri ixraca nəzarətin tətbiqi ilə bağlı məlumat mübadiləsinə yönələcək. İlkin məlumatlara görə, onlar bu gün, avqustun 29-da keçiriləcək

Son xəbərlər
 ⁠
Digər xəbərlər