-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ və Çinin neftin ucuzlaşdırılması səyləri baş tutur: neft $80-dən aşağı endi

ABŞ-ın strateji neft ehtiyatlarını bazara çıxaracağı və bu “marafona” böyük” ölkələrin qoşulması xəbəri ardından neftin qiyməti yeddi həftədən sonra yenidən 80 dollar/barel səviyyəsindən aşağısına enir.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli Londonun ICE birjasında 31 sent, yaxud 0.39% ucuzlaşmaqla 79.97 dollar həddinə düşüb. WTI markalı xam neftin barreli isə Nyu-Yorkun NYMEX birjasında 70 sent, yaxud 0.89% ucuzlaşmaqla 77.66 dollar səviyyəsinə düşmüşdür.

Bu ucuzlaşma daha çox müvəqqəti xarakter daşıya bilər. Çünki, hazırda neftin qiymətində müşahidə edilən azalmaya əsas təzyiq ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla bazarda yaranmış tələbi qarşılamaq və bununla da OPEC+ alyansının qərarına təsir etmək istəyirlər. Dünyanın ən böyük neft alıcısı olan Çin də (Reuters yayıb) ABŞ kimi neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq fikrindədir. Bu sırada Cənubi Koreya və Yaponiyada qoşulması ehtimalı var.

Analitiklər düşünür ki, bazarda onsuzda neftə böyük bir tələb yaranıb və istənilən halda ehtiyatların sata biləcəyi bir hədd var.

ABŞ administrasiyasını hazırda yüksək inflyasiya səbəbindən və enerji daşıyıcılarının bahalaşması rahatsız edir.

Dünya iqtisadiyyatının vaksinasiyadan sonra bərpası və səyahətlərə icazələrin verilməsi enerji daşıyıcılarına olan tələbi yüksəldib. Bazarda yaranan az neft, amma çox tələb onun qiymətlərini son 7 ilin maksimumuna yüksəltdi. Brentin qiyməti 88 dollar/barel səviyyəsinə qədər bahalaşma rallisini yaşatdı. Bu bahalaşma fonunda OPEC və digər neft ixracatçılarının yaratdıqları OPEC+ alyansı hasilatın artırılmasını 2022-ci ilin yayına qədər plan üzrə – hər ay 400 000 barel/günlük artırmağı planlayırlar. Hətta ABŞ lideri iki əsas neft ixracatçısı Rusiya və Səudiyyə Ərəbistanını hasilatın bazarın tələbinə adekvat artırmadıqları ilə də tənqid etdi, lakin alyans plandan kənara çıxmaq fikrində görünmədi.

“Strateji ehtiyatların bazara satılması neft qiymətlərini müvəqqəti aşağı sala bilər”- deyə, “Commonweath Bank of Australia”nın analitiki Vivek Dhar Reuters-ə deyib.

Son xəbərlər
Digər xəbərlər