ABŞ, Yaponiya, Kanada, Cənubi Koreya, Tayvan, Filippin və Sinqapur məlumatların mübadiləsi üçün kollektiv sistem yaratmağa, onu Çin və Rusiya üçün bağlı etməyə razılaşıb. Yeni təşkilat Çin və Rusiyanın daxil olduğu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı forumunun müvafiq strukturlarını əvəzləmək üçün nəzərdə tutulub.
Gələcəkdə bu məlumat mübadiləsi sisteminə Braziliya və Böyük Britaniyanın da dəvət edilməsi planlaşdırılır. Onun vasitəsilə müxtəlif məlumatların, o cümlədən iqtisadi məlumatların böyük massivlərinin ötürülməsi mümkün olacaq.
Qeyd olunur ki, bu sistemin elektron ticarət şəbəkələrinin daha da genişləndirilməsi, pilotsuz nəqliyyat vasitələri üçün birgə hazırlanmış regional nəzarət strukturlarının tətbiqi üçün istifadə edilməsi nəzərdə tutulur.