ABŞ və Ermənistan nüvə enerjisi sahəsində əməkdaşlıq imkanlarını araşdırır.
Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn mətbuat konfransında Ermənistan iqtisadiyyatının şaxələndirilməsi məsələsindən danışarkən bildirib.
“Avropa İttifaqı Ermənistanda mövcud nüvə enerjisi mənbələrinin təhlükəsizliyi və səmərəliliyinin artırılması istiqamətində artıq sıx əməkdaşlığa başlayıb və bu əməkdaşlıq genişlənir. Ermənistan, həm də ABŞ-nin mülki nüvə enerjisi sahəsində əməkdaşlıq layihələri üçün mühüm ölkədir”, – o qeyd edib.