ABŞ müdafiə naziri Lloyd Ostin və Polşa müdafiə naziri Mariuş Blaşzak arasında da telefon danışığı olub.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər NATO-nun şərq cinahı boyunca mövcud təhlükəsizlik vəziyyətini, həmçinin Polşa ərazisinə raket zərbəsi endirilməsi ilə bağlı xəbərləri müzakirə ediblər.
Lloyd Ostin polşalı həmkarını ABŞ-ın Polşanı müdafiə etmək öhdəliyinə və Müdafiə Nazirliyinin Polşaya insidentlə bağlı istənilən təhqiqatda yardım etməyə hazır olduğuna əmin edib: “Tərəflər növbəti addımlar üçün NATO müttəfiqləri ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər”.