13 C
Baku
Tuesday, May 7, 2024
Home Xəbərlər Xarici xəbərlər ABŞ valyutasına qarşı bahalaşaraq 8 aylıq maksimumu yenilədi

ABŞ valyutasına qarşı bahalaşaraq 8 aylıq maksimumu yenilədi

0
ABŞ valyutasına qarşı bahalaşaraq 8 aylıq maksimumu yenilədi

Bugünkü ticarət sessiyasının gedişatında dollar əsas valyutalara qarşı ucuzlaşıb. Buna baxmayaraq, dollar maksimum səviyyədən çox da geriləməyib. Buna səbəb Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasında uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallarının olduqca yüksək olmasıdır. Qeyd edə ki, FED-in iclası 13-14 dekabr tarixlərində keçiriləcək.

Bununla yanaşı, avro təzyiq altındadır. Buna isə Avropa Mərkəzi Bankı tərəfindən aktivlərin alışı proqramının davam etdirilməsidir. Hazırda avro 1,0558 dollar səviyyəsində ticarət olunur ki, bu da bundan öncəki ticarət sessiyası bağlanan zaman qeydə alınan göstəriciyə çox yaxındır.

Bu arada neftin qiymətinin kəskin bahalaşması nəticəsində Kanada dolları ABŞ valyutasına qarşı bahalaşaraq 8 aylıq maksimumu yeniləyib.

Dolların indeksi 0,04% zəifləyərək 101,55 səviyyəsinə enib.

Bazar iştirakçıları hesab edir ki, iki gün davam edən iclasın ardından FED uçot dərəcəsinin 0,25-0,50% artacağını elan edəcək. Uçot dərəcəsinin artırılması ehtimalı 100%-dir.

APA