10 C
Baku
Wednesday, December 11, 2024

Abşeron rayonunda yeni yaşayış məntəqəsi “Şəfəq” adlandırılacaq

Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.

Bunu oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri, deputat İsa Həbibbəyli deyib.

O qeyd edib ki, müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Son xəbərlər
Digər xəbərlər