26 C
Baku
Wednesday, April 24, 2024

“Abşeron” yatağında hasilata gələn ilin yayında başlanılacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından hasilata 2022-ci ilin yayından başlanılması planlaşdırılır.

Bu barədə SOCAR-ın illik hesabatına istinadən xəbər verir.

“Yataqdan ilk qaz hasilatının 2022-ci ilin iyul ayında əldə olunması nəzərdə tutulur”, – hesabatda qeyd olunub.

Qeyd edək ki, hazırda qaz ehtiyatları 350-360 mlrd. kubmetr (100 mln. ton kondensat) təşkil edən “Abşeron” yatağında infrastrukturun yaradılması aparılır.

“Abşeron” dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildə yataqda kəşfiyyat-hasilat quyusunun qazılması bitib və o konservasiya edilib.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qazın hasilatı nəzərdə tutulur. İkinci mərhələ çərçivəsində “Abşeron” yatağında qaz hasilatı ildə təqribən 5 mlrd. kubmetrə çata bilər.

Yatağın operatoru “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (“Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər