10 C
Baku
Friday, December 13, 2024

“Abşeron” yatağından bir ildə hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

 

Məlumata görə, hesabat dövründə yataqdan təxminən 580 min ton kondensat hasil edilib.

““Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1.5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, – paylaşımda qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər