12 C
Baku
Wednesday, December 11, 2024

Abşeron yatağından qaz hasilatına başlanıb

TotalEnergies və onun tərəfdaşı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə hasilata başlandığını elan edib.

Birinci mərhələ sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. Onun hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edır.

Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

“Abşeron” yatağının işlənməsi TotalEnergies-in strategiyasına uyğun olaraq, rəqabətqabiliyyətli texniki xərclər və istixana qazı emissiyalarının aşağı səviyyəsini təmin edərək, artmaqda olan qlobal tələbatı ödəmək üçün əlavə qaz təchizatını təmin edir.

JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə TotalEnergies və SOCAR hər biri 50% paya malikdir.

“Yatağların kəşfiyyatı üzrə mütəxəssislərimizin uğurunun nəticəsi olan “Abşeron” qaz yatağından hasilatın başlanmasını elan etməkdən məmnunuq. Bu layihə Şirkətin artan qaz tələbatının ödənilməsi strategiyasına uyğundur və SOCAR şirkəti ilə tərəfdaşlığımızı gücləndirir.”,- deyə “TotalEnergies-in Kəşfiyyat və Hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.

TotalEnergies şirkətinin Azərbaycandakı fəaliyyəti haqqında TotalEnergies Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət, “Abşeron” qaz-kondensat yatağında 50% paya sahib olmaqla SOCAR-ın tərəfdaşıdır və həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 5% pay sahibidir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər