Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” SOCAR və “TotalEnergies SE” 2023-cü ilin iyul ayında Abşeron qaz-kondensat yatağında hasilata başlaması ilə bağlı şərh verib.
Banker.az xəbər verir ki, bu barədə “Fitch”in 24 oktyabr tarixindəki açıqlamasında bildirilir.
Bildirilir ki, SOCAR 2023-cü ildə Abşerondan hasilatın 1.8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz təşkil edəcəyini gözləyir.
“Biz başa düşürük ki, “Abşeron” yatağının işə salınması “Şahdəniz II”dən sonra Azərbaycanın ən böyük neft və qaz işlənməsidir. Hesab edirik ki, Abşeron yatağının işə başlaması SOCAR-ın biznes profilini yaxşılaşdırır”.