23 C
Baku
Friday, April 26, 2024

Abşeronun başçısına birinci müavin təyin edilib

Abşeron Rayon İcra Hakimiyyətinin yeni təyin edilən başçısı əvvəlki birinci müavinini yenidən özünə birinci müavin təyin edib.

Bu barədə Banker.az-ən əldə etdiyi məlumatda deyilir.

Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısı Abdin Fərzəliyevin əmri ilə Yusif Sadıqov birinci müavin təyin edilib.

Buna qədər o, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini idi. O, Nərimanov RİH-də Abdin Fərzəliyevin başçı olduğu zaman təyin edilmişdi.

Abşeron Rayon İcra Hakimiyyətinə 2015-ci ilin sentyabrından 2022-ci ilin yanvarına qədər İradə Gülməmmədova başçılıq edirdi. Prezidentin sərəncamı ilə onu bu vəzifədə Nərimanov RİH-nin sabiq başçısı Abdin Fərzəliyev əvəzləmişdi.

Hazırda Abşeron RİH-də daha bir müavin vəzifəsi vakantdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər