9 C
Baku
Friday, December 13, 2024

AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqlayıb.

®Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2021-ci ilin ilk yarısının maliyyə göstəricilərini elan edib. 

Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

İkinci rübün sonuna Bankın aktivləri 886 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon çoxdur.

Eyni tarixə Bankın xalis kredit portfeli 501,3 milyon manat olub. Kreditlər üzrə mümkün zərərləri ödəmək üçün rezevləri çıxmaq şərtilə Bankın ümumi portfeli 545,6 milyon manat olub. Bankın balansındakı kredit portfelinin payı 59%-dən 62%-ə qalxıb.

2021-ci ildə “AccessBank” 272 milyon manat məbləğində kredit verib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 113,6 milyon çoxdur.

Kredit portfelinin artımı 2020-ci ilin sonu ilə müqayisədə 43 milyon manat təşkil edib. 

Verilən aylıq kreditlərin 53%-dən çoxu bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 37%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.

İyun ayının sonuna Bankın əmanət portfeli 626 milyon manat təşkil edib. Bu isə 2020-ci ilin sonu ilə müqayisədə 67.6 milyon manat çoxdur.

2021-ci ilin birinci yarısında Bankın xalis faiz gəlirləri 25.2 milyon manata bərabər olub. Bu da ötən yarım illə müqayisədə 3 milyon çoxdur.

Hazırda Bankın cəmi balans kapitalı 76.2 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 26.2 manat artıqdır.

2021-ci ilin iyun ayının sonuna Bankın ani likvidlik əmsalı 75.2% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər