9 C
Baku
Friday, December 13, 2024

“AccessBank” audit hesabatı açıqlandı

28 filial şəbəkəsinə malik olan “AccessBank” QSC 2020-ci il üzrə audit hesabatını ictimaiyyətə təqdim edib. Hesabatı populyar audit şirkəti “Erntst&Young” aparıb.

Banker.az xəbər verir ki, bank hesabat dövrü ərzində faiz üzrə 95.93 milyon manat həcmində gəlir əldə edib. Bu isə 2019-cu ildən 2.2% az olması deməkdir. Bankın faiz gəlirlərində azalma bütün istiqamətlər üzrə müşahidə edilir. Belə ki, bankın 2020-ci ildə müştərilərə verdiyi kreditlərdən gəlirlərinin həcmi 93.61 milyon manatla öncəki ildən 1.2%, istiqrazlar üzrə 1.27 milyon manatla öncəki ildən 7.6% az olmuşdur.

“AccessBank” 2020-ci ildə faiz xərclərini də bir qədər azaltmağa nail ola bilmiş və xərcin həcmi illik 45.4 milyon manat olmuşdur. Bu isə illik müqayisədə 5.9% azalma dinamikasıdır. Faiz xərclərinin 33.85 milyon manatı müştərilərdən cəlb edilən vəsaitlər üzrə, 8.03 milyon manatı maliyyə institutlarından vəsaitlər üzrə, 1.44 milyon manatı subordinasiya krditləri üzrə, 1.66 milyon manatı fondlardan borclanmaya görə faiz ödənişləri təşkil etmişdir.

Faiz gəlirlərinin azalmasına rəğmən, faiz xərcləri daha çox azalma yaşadığından xalis faizin həcmi 50.53 milyon manata yüksəlib (bu 2019-da 49.81 milyon manat idi.

Bankın qeyri-faiz gəlirləri: komissiyadan 7.95 milyon manat (2019: 8.76 milyon manat), valyutadəyişmə əməliyyatlarından 3.2 milyon manat (2.66 milyon manat) və dövlət qarantları üzrə 0.75 milyon və digərləri isə 112 milyon manat olmuşdur.

Bankın qeyri-faiz xərcləri xeyli optimallaşıb. İşçilər üzrə xərcinin həcmi 28.29 milyon manat (2019-da: 30.22 milyon manat) ümumi və administrativ xərclər 16.69 milyon manat (19.36 milyon manat), amortizasiya xərcləri 7.3 milyon manat (8.51 milyon manat), kollektorlara ödənişlər (kreditlər üzrə) 4.83 milyon manat (12.56 milyon manat), aktivlərin dəyişməsi və amortizasiyası xərci 3.67 milyon manat (0.88 milyon manat) təşkil etmişdir.

Əməliyyat zərərinin üstünə əlavə olaraq 12.86 milyon manat kreditlər üzrə ehtiyatlara ayırmadan sonra illik zərərin həcmi 18.91 milyon manat olmuşdur.

Bu zərərdən sonra bankın yığılmış zərərinin (kəsir) həcmi 183.8 milyon manat çatıb. Hazırda 258.72 milyon manat nizamnamə kapitalına sahib olan bankın cəmi kapitalının həcmi 74.95 milyon manatdır.

234242342

 

 

 

Son xəbərlər
Digər xəbərlər