10 C
Baku
Wednesday, December 11, 2024

AccessBank-dan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar myCard Junior kartlarına 50% endirim

®01.06.2024. AccessBank, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar endirim kampaniyası elan edir.  Kampaniya uşaqların maliyyə savadlılığının artırılması və xərclərin məsuliyyətli idarə edilməsi bacarıqlarının formalaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilir.

Uşaqların müdafiəsi gününə həsr olunan kampaniya çərçivəsində  myCard Junior debit kartlarına 50% endirim təklif edilir.  Kampaniya 1 iyun 2024-cü il tarixindən 30 iyun 2024-cü il tarixinədək qüvvədədir.

MyCard Junior debit kartını sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/private/cards/mycard/mycard_junior/

Kampaniya çərçivəsində həmçinin, 1 iyun 2024 – cü il tarixindən 15 iyul 2024 – cü il tarixinədək myCard Junior debit kart sahibləri ən azı 10 AZN-lik nağdsız əməliyyatlarda 1 AZN keşbek əldə edəcəklər. Kampaniya üzrə maksimum keşbek məbləği – 5 AZN təşkil edəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Son xəbərlər
Digər xəbərlər