“AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı

“AccessBank” QSC 2026-cı ilin ilk rübünü 13 mln. manat xalis mənfəətlə başa vurmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 29% artırıb. Bankın bölüşdürülməmiş mənfəəti isə 110.15 mln. manata yüksələrək ilin əvvəlinə nisbətən 13% artıb.

Banker.az xəbər verir ki, bankın gəlirləri artım nümayiş etdirib. Faiz gəlirləri illik müqayisədə 17.76% artaraq 69.46 mln. manata çatıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlərdən əldə olunan gəlirlərin 16.91% yüksəlməsi ilə bağlı olub. Qeyri-faiz gəlirləri də 23.90% artaraq 4.43 mln. manat təşkil edib.

Faiz xərcləri 24.71% artaraq 28.42 mln. manata, qeyri-faiz xərcləri isə 9.4% artaraq 25.54 mln. manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 13.37% artaraq 41.03 mln. manat olub. Mənfəət vergisindən əvvəlki mənfəət isə 30.01% artaraq 16.24 mln. manat təşkil edib.

Bankın aktivləri ilin əvvəlindən cüzi artaraq 1 mlrd.  771.87 mln. manata yüksəlib. Kredit portfeli 0.50% artaraq 1 341.30 mln. manat olub.

Müştəri depozitləri ilin əvvəlinə nisbətən 3.17% azalaraq 1 mlrd. 96.54 mln. manata düşüb. Bu azalma əsasən hüquqi şəxslərin depozitlərinin 20.08% azalması ilə bağlı olub, fiziki şəxslərin depozitləri isə 1.37% artıb.

Son xəbərlər
Digər xəbərlər