5 C
Baku
Saturday, December 14, 2024

AccessBank-ın depozit portfeli stabil artım nümayiş etdirib

AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.

Bankın maliyyə hesabatına əsasən, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb. Portfeldə nəzərə çarpan stabil artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi yüksək etimadın göstəricisidir. Belə ki, depozit portfeli ilin əvvəlinə olan göstəricidən 28,381 milyon manat və ya 7,1% çoxdur.

31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib ki, bu da minimal normadan təxminən 4 dəfə çoxdur. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: “Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Bundan başqa, bankın müştərilərinin və aparılan əməliyyatların sayında da ciddi artım müşayiət olunur. Bu müsbət dinamikaya əsaslanaraq cari illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq”.


“AccessBank”ın nizamnamə kapitalı 140,258 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW – “Kreditanstalt für Wiederaufbau”, “Access Microfinance Holding AG” və “LFS Financial Systems GmbH”

Son xəbərlər
Digər xəbərlər