“AccessBank” QSC istehlak kreditlərindən birinin faiz dərəcəsini azaldıb. Kreditin illik faiz dərəcəsində 1 faiz bəndi azalma müşahidə edilir.
Bu barədə Banker.az-ın Monitorinq Qrupu bildirib.
Bankın manatda olan Nağd kredit məhsulunun illik başlanğıc faiz dərəcəsi 16.5 faizdən 15.5 faizə endirilib.
Bank əvəzində isə faktiki illik faiz dərəcəsinin (FİFD) minimal dərəcəsini 16.5%-dən 17%-ə qədər yüksəltmişdir.
“AccessBank” bu krediti 6 aydan 36 ayadək müddətinə verməklə minimal məbləği 500 manat, maksimal isə 30 000 manat müəyyən edib.