9 C
Baku
Friday, December 13, 2024

“AccessBank” nağd kreditin faiz dərəcəsinin azaldıb

Mərkəzi Bankın ötən həftənin cümə axşamı (30 iyul) faiz dərəcəsini daha 0.25% bəndi azalmasına “AccessBank” QSC reaksiya verib.

Banker.az-ın monitorinq qrupu bildirir ki, bank istehlak kreditinin faiz dərəcəsinin başlanğıc faizini 19%-dən 16%-ə qədər azaltmalı olub. Bu da 3% bəndi azaldılması deməkdir.

Bank bundan əlavə nağd kreditin müddətini 36 aydan 48 ayadək uzadıb.

Lakin, kreditin komissiyasını 0-1% diapazonundan 0-3% diapazonuna qədər artırıb.

Xatırladaq ki, bank rəsmi gəlirdən və kredit tarixçəsindən olaraq 10 000 AZN-dək zaminsiz qəbul edir.

Son xəbərlər
Digər xəbərlər