6 C
Baku
Friday, December 13, 2024

“AccessBank” mikro kreditlər üzrə portfelini 647 mln. manata çatdırıb

“AccessBank” QSC əsas fəaliyyəti olan mikro bizneslərə verdiyi kreditlərin həcmini 2023-cü ildə 101.37 milyon manat və ya 18.6 faiz artırıb.

Banker.az xəbər verir ki, bankın mikro kreditlərinin həcmi 2022-ci ildə 546.22 milyon manatdan 647.59 milyon manata yüksəlib.

Bu kreditlərin yalnız 17.63 milyon manatı kredit zərərləri üzrə ehtiyatdır.

“AccessBank”ın əsas fəaliyyət diqqəti mikro və kiçik işgüzar müştərilərə xidmətlərin göstərilməsinə yönəldilib.

Bankın cəmi kredit portfelinin həcmi kiçik və orta biznesə verdiyi kreditlərin həcmi ötən ilin əvvəlində 152.44 mln. manat olduğu halda, ilin sonuna 136.97 mln. manata düşüb.

Əhaliyə verilən kreditlər isə 145.61 mln. manatdan 226.43 mln. manata yüksəlib.

Kommersiya bankı hazırda Azərbaycanda ən iri mikro kredit portfelinə malik bankdır.

Son xəbərlər
Digər xəbərlər