13 C
Baku
Saturday, November 23, 2024

“AccessBank” səhmlər üzrə “buy back” elan edir

“AccessBank” QSC dövriyyədə olan imtiyazlı səhmlərinin geri alınmasını elan edir.

Banker.az xəbər verir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1 Azərbaycan manatı olan dövriyyədəki bütün 11 388 889 ədəd imtiyazlı səhminin geri alınmasını və müvafiq məbləğdə nizamnamə kapitalının azaldılmasını elan edir.

İmtiyazlı səhmlərin geri alqı-satqısı üzrə məcmu dəyər 11,388,889 Azərbaycan Manatı təşkil edir. İmtiyazlı səhmlər Bankın ötən ilinin mənfəəti hesabına geri alınır və məcmu kapitalın eyni həcmdə azalması ilə Bankın kapital adekvatlığı buferi yüksək olaraq qalacaq və məcmu kapital həcmi requlyativ normadan üç dəfə çox olacaqdır.

Elanla bağlı hər hansı tələb və ya sualınız olarsa, 30 təqvim günü ərzində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər