23 C
Baku
Sunday, July 3, 2022

“AccessBank”da yeni təyinatlar olub

“AccessBank” QSC-nin departamentlərindən yeni təyinatlar olub.

Banker.az-a verilən məlumata görə, Nərgiz Əliyeva Mərkəzi Bankda attestasiyadan müvəffəqiyyətlə keçərək 10 Dekabr 2020-ci il tarixindən etibarən Daxili audit departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Nərgiz Əliyeva, Bakı Dövlət Universitetinin “Türk dili və Ədəbiyyat” Fakültəsinin bakalavr dərəcəsini bitirib, daha sonra EGE Universitetinin “Türk Ədəbiyyatı” ixtisası üzrə magistr təhsili almışdır. Xəzər Universitetinin  Maliyyə və Kredit ixtisası üzrə MBA proqramının məzunudur. O, öz peşə fəaliyyətinə ACDI/VOCA Azərbaycanda Maliyyə Meneceri vəzifəsi ilə başlamış, sonra  2007-ci ildən Finca Bank Azərbaycanda Maliyyə Nəzarətçisi, daha sonra Daxili Nəzarət Departamentinin Meneceri vəzifəsinə yüksəlmişdir. 2017-ci ildən Finca Bank Qırğızıstanda Risklərin İdarə Edilməsi şöbəsinin Rəhbəri vəzifəsində çalışıb.

Nərgiz Əliyevadan öncə bu vəzifədə Zaur Məhərrəmov işləyirdi. Z.Məhərrəmov Əməliyyatlara nəzarət departamentinin rəhbəri təyin olunub.

Son xəbərlər
Oxşar xəbərlər