15 C
Baku
Friday, April 26, 2024

«Accessbank»ın icraçı direktorlarından biri vəzifəsini tərk edib

«Accessbank» QSC-nin icraçı direktorlarından biri vəzifəsini tərk edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Belə ki, Bankın Risk İdarəçiliyi üzrə İcraçı Direktor Nizami Qədirov vəzifəsini tərk edib.

O, bank karyerasına 2004-cü ildən «Accessbank»da mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb,  daha sonra KOBK Departamentinə keçirilib. N. Qədirov 2006-cı ildə filial rəhbəri, 2008-ci ildən isə, Risk İdarəçiliyi Departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, həmçinin, monitorinq və problemli kreditlər şöbəsinə rəhbərlik edib. N. Qədirov 2017-ci ilin may ayından Risk İdarəçiliyi və Tədqiqatlar üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub. O, Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və Kredit» ixtisası üzrə təhsil alıb, «Xəzər» Universitetini «МВА in International Business» sahəsi üzrə bitirib və «Advanced Banking Risk Program» üzrə GARP şəhadətnaməsi alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər