İtaliya hökuməti İspaniyanın Seuta anklavına miqrantların kütləvi axını fonunda İspaniya ilə Şengen sazişi çərçivəsində vizasız rejimin fəaliyyətini 30 gün müddətinə dayandırıb.
Bu barədə İtaliyanın Daxili İşlər Nazirliyinin bəyanatına istinadən “Sky News” məlumat yayıb.
Telekanalın məlumatına görə, İtaliyanın Baş naziri Corcia Meloni Seutadan olan kadrları “şokedici” adlandırıb və nəzarətsiz qeyri-qanuni miqrasiyanı tənqid edib. Bununla əlaqədar ölkə hakimiyyəti İspaniya ilə müvəqqəti sərhəd nəzarəti tətbiq etmək qərarına gəlib.
İtaliya həmçinin iki ölkənin quru sərhədində nəzarətin gücləndirilməsi barədə Fransa ilə razılığa gəlib.
“Sky News”un məlumatına görə, son sutka ərzində Mərakeşdən Seutaya 50 minə yaxın miqrant gəlib ki, bu da İspaniya üçün misli görünməmiş göstəricidir.
Qeyd edək ki, iyulun 31-də Mərakeşdən on minlərlə qeyri-qanuni miqrant İspaniyanın Seuta şəhərinə soxulub və buna görə də hakimiyyət orqanları şəhərə ordu yeridib. Bəziləri ölkəyə üzərək çatmağa cəhd edib və boğulub. Sahildən 57 nəfərin cəsədi tapılıb.







