25 C
Baku
Sunday, October 6, 2024

Tariyel İsmayılov AccessBank-ın İdarə Heyətinin yeni Sədr müavini təyin olunub

AccessBank-ın Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub. Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.

T.İsmayılov AccessBank-da uğurlu fəaliyyətini 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə “Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlir. Daha sonra o,  regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra, 2013-cü ildə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

Eləcə də bax: “Bank of Baku”-da struktur dəyişikliyi olub

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir.

T.İsmayılov  “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.

Son xəbərlər
Digər xəbərlər