“AccessBank” QSC 2020-ci ildə mikrokreditlər üzrə portfelini açıqlayıb. Mikro kreditlərin ümumi portfeldəki payı son bir ildə 54%-dən 61%-ə qədər yüksəlib.
Banker.az bankın audit hesabatına istinadən xəbər verir ki, 1 yanvar 2021-ci il tarixinə mikrokreditlər üzrə portfelin həcmi 252.72 milyon manat təşkil edib.
Bu da öncəki illə müqayisədə 10.3% azalmışdır.
Qeyd edək ki, bankın kredit portfel cəmi 460.34 milyon manatdır.
Bu portfelin girov üzrə bölgüsünə nəzər yetirdikdə isə məlum olur ki, “AccessBank” ötən il təminzatsız mikrokreditlərə daha az kiçilib. Mikrokreditlər üzrə təminatsız olanların həcmi 153.1 milyon manatdır. Məsələn, bu 2019-cu ildə 160.87 milyon manat idi.
Girovla təmin edilmiş mikro kreditlərin həcmi isə 120.95 milyon manatdan, 99.62 milyon manata qədər kiçilmə yaşayıb. Bunun da əsas hissəsi, yəni, 57.93 milyon manatı yaşayış tipli daşınmaz əmlakın girov qoyularaq götürüldüyü kreditlərdir.