9 C
Baku
Thursday, December 12, 2024

“AccessBank”ın sədr müavini vəzifəsindən ayrılıb

AccessBank” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, vəzifəsindən ayrılan şəxs Ramin Hüseynovdur.

Beləliklə, hazırda bankın İdarə Heyətində sədr və iki üzv var.

Qeyd edək ki, Ramin Hüseynov Şəhadət oğlu 2022-ci ilin iyunundan “AccesBank” QSC-nin İdarə Heyətinin üzvü təyin edilmişdi.

Ramin Hüseynov, 2021-ci ilin may ayında Maliyyə üzrə Baş Direktor vəzifəsində işə başlayıb, bank və real sektorda ümumilikdə 16 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.

R.Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.

2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür.

R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Xatırladaq ki, “AccessBank” QSC-nin 258.72 mln. manat nizamnamə kapitalı var. Kapitalının 20.33%–i Asiya İnkişaf Bankı, 17.76% – Avropa İnvestisiya Bankı, 15.86%-i Beynəlxalq Maliyyə Korporasiyasi 9.62% –i Niderland İnkişaf Bankı 9,36% – Avstriya İnkişaf Bankı 27.07%–i digər səhmdarlara məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər