18 C
Baku
Saturday, May 4, 2024

Ramin Hüseynov

Qisa informasiya

Ramin Hüseynov Şəhadət oğlu

Ramin Hüseynov – 2021-ci ilin may ayında “AccessBank” QSC-nin Maliyyə üzrə Baş Direktor vəzifəsində başlayıb, 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər İdarə Heyətinin üzvü, sədr müavini seçilib. O, bank və real sektorda ümumilikdə 16 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.

R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.

2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür.

R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər