“AccessBank”ın xalis mənfəəti 34% artıb

Xarici kapitallı “AccessBank” QSC 2026-cı ilin ilk yarısını 28,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% çoxdur. Banker.az xəbər verir ki, bu şirkətin yarımillik maliyyə hesabatında qeyd edilir.

Mənfəətin artımına faiz gəlirlərinin 16,5% artaraq 141,3 milyon manata yüksəlməsi və mümkün zərərlər üzrə yaradılan ehtiyatların 23,7% azalaraq 6,2 milyon manata enməsi dəstək verib. Eyni zamanda, faiz xərcləri 19,0%, qeyri-faiz xərcləri isə 9,2% artsa da, gəlirlərin yüksəlişi bu artımı kompensasiya edib.

Bankın xalis faiz gəliri və qeyri-faiz gəlirləri ümumilikdı illik müqayisədə 14,6% artaraq 93,5 milyon manata çatıb. Cəmi xərclər isə 14,3% artaraq 108,5 milyon manat olub.

Bölüşdürülməmiş mənfəət 28,9% artaraq 125,3 milyon manat olub. Bankın nağd pul vəsaitləri və onların ekvivalentləri isə ilin əvvəli ilə müqayisədə 33,2% artaraq 184 milyon manata yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər