19 C
Baku
Wednesday, May 1, 2024

AÇG-də dərin laylardan qazın hasilatı gələn il başlanıla bilər

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqları blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.

Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Jim O’Leary deyib.

Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatının həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır.

Jim O’Leary əlavə edib ki, ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb.

“Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub”, – BP nümayəndəsi qeyd edib

Onun sözlərinə görə, alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib.

Jim O’Leary onu da vurğulayıb ki, ilk hasilat quyusunun uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.

Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər